...

Azərbaycan, Türkiyə və Türkmənistanın iş adamları Aşqabadda biznes-forumda görüşəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2017 17:50 (UTC +04:00)
Aşqabadda keçiriləcək biznes-forum çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək planlaşdırılır.
Azərbaycan, Türkiyə və Türkmənistanın iş adamları Aşqabadda biznes-forumda görüşəcəklər

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan, Türkiyə və Türkmənistan biznes nümayəndələrinin iştirakı ilə ilin sonuna qədər Aşqabadda keçiriləcək biznes-forum çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.

Diplomatik mənbədən Trend-ə verilən məlumata görə, biznes-forumun üç dövlət rəhbərinin görüşü ərəfəsində keçirilməsi nəzərdə tutulub.

Biznes-forumun keçirilməsində məqsəd ticarət-iqtisadi əməkdaşlığı möhkəmləndirməkdir.

Qeyd edək ki, üçtərəfli biznes-forumun keçirilməsi barədə razılıq iyulun 19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşündə əldə olunub.

Xəbər lenti

Xəbər lenti