...

TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2017 10:51 (UTC +04:00)
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olub.
TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yüklərin 15 512,7 min tonu və ya 60,5 faizi avtomobil nəqliyyatı, 6614,0 min tonu və ya 25,8 faizi dəmir yolu nəqliyyatı, 3524,1 min tonu və ya 13,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 7,4 faiz artım müşahidə edilib.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,6 faizini və ya 5037,3 min tonunu tranzit yüklər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti