Bakı. Trend:
Avqustun 17-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7008 səviyyəsində formalaşıb.
Qeyd edək ki, avqustun 17-də USD/AZN rəsmi məzənnəsi 1,7008 manat təşkil edib.