...

Azərbaycan və Macarıstan nəqliyyat sahəsində saziş hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2017 07:30 (UTC +04:00)
Azərbaycan və Macarıstan arasında “Beynəlxalq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları haqqında” saziş imzalanacaq
Azərbaycan və Macarıstan nəqliyyat sahəsində saziş hazırlayır

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və Macarıstan arasında “Beynəlxalq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları haqqında” saziş imzalanacaq.

Bunu Trend-ə Macarıstan dövlət katibinin müavini Jolt Çutora deyib.

Onun sözlərinə görə, Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində aparıcı oyunçulardan birinə çevrilib və Çinin “Bir kəmər – bir yol” təşəbbüsünün reallaşdırılmasında vacib rol oynayır.

J.Çutora qeyd edib ki, Azərbaycan və Macarıstan Şərq-Qərb dəhlizi çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı imkanlara malikdirlər:

"Azərbaycan ərazisi ilə Çindən Avropaya artıq bir neçə sınaq konteyner qatarı hərəkət edib və bu dəhlizin Avrasiyada Şərqlə Qərbin birləşməsi üçün vacib rol oynayacağı gözlənilir".

O əlavə edib ki, iki ölkə arasında birbaşa hava əlaqəsi də mövcuddur. Macarıstanın “WizzAir” aviaşirkəti Bakı və Budapeşt arasında uçuşlar həyata keçirir:

“Reyslərin açılmasından sonra Macarıstanın Bakıdakı səfirliyi tərəfindən verilən vizaların sayı artıb. Bu, turizmlə yanaşı biznes və mədəniyyət sahələrində də qarşılıqlı mübadiləyə müsbət təsir göstərəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti