...

"AtaBank" banklar arasında keçirilən yarışmada lider olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2017 17:45 (UTC +04:00)
“Zolotaya Korona” təcili pul köçürmə sistemi tərəfindən banklar arasında keçirilən, mart ayının 15-dən avqust ayının 31-ə qədər davam edən yarışmada AtaBank qalib gəlib.
"AtaBank" banklar arasında keçirilən yarışmada lider olub

Bakı. Trend:

“Zolotaya Korona” təcili pul köçürmə sistemi tərəfindən banklar arasında keçirilən, mart ayının 15-dən avqust ayının 31-ə qədər davam edən yarışmada AtaBank qalib gəlib.

Bankdan Trend-ə verilən məlumata görə, hazırda Zolotaya Korona AtaBank müştərilərinin ən sevimli pul köçürmə sistemlərindən biridir. Belə ki, 24 həftə davam etmiş yarışma ərzində AtaBank "Zolotaya Korona" tərəfindən qoyulan hədəfi 147,58 % başa vurulub. Yarışmada birinci yeri qazanan AtaBank-ın əməkdaşı, Zolotaya Korona tərəfindən hədiyyə olaraq təqdim edilən, “Avropanın balaca Havaisi” adlandırılan, dünyanın ən gözəl guşələrindən birinə səyahət imkanı əldə edəcək.

Qeyd edək ki, pul köçürmə xidmətlərini AtaBank-ın 31 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank Western Union, Xəzri, Zolotaya Korona, Contact, Blizko və LİDER sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18,000 POS-terminalı əhatə edən xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti