...

Rüfət Aslanlı BVF-nin Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2017 17:04 (UTC +04:00)
Rüfət Aslanlı BVF-nin Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad Azurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Rüfət Aslanlı BVF-nin Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru ilə görüşüb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad Azurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan Trend-ə verilən məlumata görə, görüş zamanı ölkənin maliyyə sektorunda həyata keçirilən islahatlar, nəzarət və tənzimləmə tədbirləri, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı”nın restrukturizasiyasına dair fikir mübadiləsi aparılıb.

BVF-nin Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycanın bank sektorunun sağlamlaşdırılması və ümumilikdə makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib. Müzakirələr zamanı qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti