...

VTB (Azərbaycan) “Ümid Yeri” sığınacağının uşaqlarını yeni tədris ili münasibətilə təbrik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2017 17:33 (UTC +04:00)
Bank VTB (Azərbaycan) “Ümid Yeri” sığınacağının uşaqlarına yeni tədris ilinə hazırlaşmaqda dəstək olub.
VTB (Azərbaycan) “Ümid Yeri” sığınacağının uşaqlarını yeni tədris ili münasibətilə təbrik edib

Bakı. Trend:

Bank VTB (Azərbaycan) “Ümid Yeri” sığınacağının uşaqlarına yeni tədris ilinə hazırlaşmaqda dəstək olub.

Bank VTB-dən (Azərbaycan) Trend-ə verilən məlumata görə, bankın əməkdaşları uşaqların qonağı olub və uşaq evinin şagirdləri üçün gətirdikləri məktəb ləvazimatı komplektlərini onlara təqdim ediblər. 1-9-cu sinif şagirdləri olan uşaqlara çanta, dərslik, dəftər, penal, məktəb üçün lazım olan digər ləvazimatlar və payız ayaqqabıları hədiyyə olunub.

VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, Risklər və monitorinq departamentinin rəhbəri Vadim Klimenko bildirib: “Sosial layihələrin reallaşdırılması xoş ənənəyə çevrilib ki, buna da bank VTB (Azərbaycan) xüsusi diqqət yetirir. Biz şadıq ki, bu gün uşaqların inkişafına öz töhfəmizi verə bilirik. Uşaqlara dərslərində müvəffəqiyyətlər arzu edirik”.

Xatırladaq ki, cari ilin yanvarında bank VTB (Azərbaycan) bu sığınacağın uşaqları üçün kompüter sinfi təmir edib və lazımı texnika və mebellə təmin etmişdi.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti