...

Samir Şərifov: Maliyyə Nazirliyi Beynəlxalq Bankın özəlləşdirilməsi strategiyasının hazırlanmasını planlaşdırır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2017 12:18 (UTC +04:00)
Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi strategiyasının hazırlanmasını planlaşdırır.
Samir Şərifov: Maliyyə Nazirliyi Beynəlxalq Bankın özəlləşdirilməsi strategiyasının hazırlanmasını planlaşdırır (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi strategiyasının hazırlanmasını planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu prosesə beynəlxalq nüfuza malik məsləhətçilər qatılacaq.

S.Şərifov deyib: “Bildiyiniz kimi, biz artıq bankın xarici öhdəliklərinin restrukturizasiyası prosesini başa çatdırmışıq. Bu məqam Avropa Yenidənqurma və İnkişaf Prezidenti Suma Çakrabarti ilə görüş zamanı da müzakirə olunub və AYİB Beynəlxalq Bankın özəlləşdirilməsində iştirak etmək niyyətində olduğunu deyib”.

Nazir qeyd edib ki, strategiya hökumət tərəfindən təsdiq olunmalıdır: “Təsdiqlənmədən sonra bank özəlləşdirmə üçün açıq elan olunacaq. Fikrimcə, bu 2018-ci ilin əvvəlində baş verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti