...

Vergilər Nazirliyində KADR DƏYİŞİKLİKLƏRİ olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2017 12:05 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyində bir sıra kadr dəyişiklikləri həyata keçirilib
Vergilər Nazirliyində KADR DƏYİŞİKLİKLƏRİ olub

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Vergilər Nazirliyində bir sıra kadr dəyişiklikləri həyata keçirilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Hüquq Departamenti baş direktorunun müavini Cavanşir Nuriyev Daxili Təhlükəsizlik Departamentin baş direktorunun vəzifələrini icra edən təyin edilib.

Daxili Təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmayılov isə vəzifəni tərk edib.

Bundan başqa, bu departmentin baş direktorunun müavini Nəsimi Cəfərov Koordinasiya Departamentinin baş direktorunun müavini təyin edilib.

Xəbər lenti

Xəbər lenti