...

Xəzərdən tonlarla yağlı əski, boya qabı, taxta və plastmas tullantı çıxdı (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2017 17:19 (UTC +04:00)
Xəzərdən tonlarla yağlı əski, boya qabı, şüşə qırığı, taxta və plastmas tullantı çıxdı.
Xəzərdən tonlarla yağlı əski, boya qabı, taxta və plastmas tullantı çıxdı (FOTO)

Baklı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan şlamların, işlənmiş yağların, yanacaq, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji təsirlərinin minimuma endirilməsini diqqət mərkəzində saxlayır.

Gəmiçilikdən Trend-ə verilən məlumata görə, yanvar-iyul aylarının nəticələrinə əsasən, QSC-nin həm sahil, həm də dəniz obyektlərində formalaşan 81 295.6 ton çirkab məişət-təsərrüfat suyu, 2943.81 ton neftli döşəməaltı su, 50.091 ton yağlı əski, 35,43 ton sintetik propilen buraz qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi məmulat bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Həmçinin 45 ədəd yararsız akkumulyator, 419 ədəd nasaz avtomobil şini, 39, 631 ton rezin tullantısı, 113 ədəd yanacaq, 352 ədəd yağ və 172 ədəd hava süzgəcləri, 1,08 ton toner-katric, 250,34 ton keramik qırıntı, 9,0 ton asbest qalığı, 38,56 ton işlənmiş boya qabı və boya tullantıları, 320,37 ton taxta tullantı, 35,0 ton tibbi tullantı, 99,52 ton şüşə qırığı, 161,575 ton sellüloz tullantısı, 144,348 ton tekstil parça qalığı, 180,319 ton polimer əsaslı və plastmas tullantı, 466,536 ton qida qalığı aidiyyəti üzrə təhvil verib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 0,19 ton neft-su qarışığı, habelə 26,45 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti