...

Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində mövqeyini yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2017 11:37 (UTC +04:00)
Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik reytinqində 37-ci yerdən 35-ci yerə yüksəlib.
Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində mövqeyini yaxşılaşdırıb

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik reytinqində 37-ci yerdən 35-ci yerə yüksəlib.

Bu barədə Trend forumun yayımladığı 2017-2018-ci illər üzrə hesabatına istinadən məlumat verir.

Reytinqə əsasən Azərbaycan postsovet ölkələri arasında ən yüksək mövqedə qərarlaşıb. MDB ölkələri arasında Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan 73-cü, Ukrayna 81-ci yerdə qərarlaşıb.

Azərbaycanın qonşuları Türkiyə və İran reytinqdə müvafiq olaraq 53-cü və 69-cu yerləri tutub.

Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində indekslər üzrə ən yüksək mövqeyi “əmək bazarının effektivliyi” indeksində tutub – 17-ci yer. “Məhsul bazarının effektivliyi” indeksində Azərbaycan 31-ci, “innovasiyalar” indeksində 33-cü, “təşkilatlar” indeksində 33-cü yerlərdə qərarlaşıb.

Reytinqdə ilk 3 yerdə İsveç, ABŞ və Sinqapur qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti