...

Azərbaycanın Dünya İqtisadi Forumunun reytinqində yüksəlməsi ölkəyə investisiya cəlb olunmasına yardım edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2017 11:43 (UTC +04:00)
Azərbaycanın Dünya İqtisadi Forumunun “2017-2018-ci illər qlobal rəqabətqabiliyyətlilik reytinqi”ndə mövqeyinin yaxşılaşması ölkəyə xarici ölkələrdən, o cümlədən ərəb ölkələrindən investisiyaların cəlb olunmasına yardım edəcək.
Azərbaycanın Dünya İqtisadi Forumunun reytinqində yüksəlməsi ölkəyə investisiya cəlb olunmasına yardım edəcək

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın Dünya İqtisadi Forumunun “2017-2018-ci illər qlobal rəqabətqabiliyyətlilik reytinqi”ndə mövqeyinin yaxşılaşması ölkəyə xarici ölkələrdən, o cümlədən ərəb ölkələrindən investisiyaların cəlb olunmasına yardım edəcək.

Bunu Trend-ə Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyasının sədri Elşən Rəhimov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda xarici investisiyalar üçün əlverişli mühit mövcuddur:

“Ölkədə investorların hüquqlarının müdafiəsinə yönəlmiş qanunlar qəbul edilib. Amma bu barədə hamı məlumatlı deyil. Bəzən belə fikirlə qarşılaşmaq olur ki, sanki Azərbaycanda qazanılan vəsaitləri ölkə xaricinə çıxarmaq mümkün deyil. Bu əsassız fikirdir və reallığı əks etdirmir".

E.Rəhimov deyib: "Qanun investorları müdafiə edir və əgər onlar yerli qanunları pozmadan fəaliyyət göstərsələr, heç bir problemlə, xüsusilə də gəlirlərinin xaricə çıxarılmasında problemlərlə üzləşməyəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti