...

Maliyyə savadlılığının artırılması ilə bağlı seminar və təlimlər keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2017 18:30 (UTC +04:00)
Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin icrası istiqamətində silsilə tədbirlər davam etdirilir.
Maliyyə savadlılığının artırılması ilə bağlı seminar və təlimlər keçirilir

Bakı. Trend:

Mərkəzi Bank Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci Strateji hədəfinin icrası istiqamətində tədbirlər davam etdirir.

Bankdan Trend-ə verilən məlumata görə, bu çərçivədə maliyyə savadlılığının ölkədə ictimai dəyər kimi tanınması məqsədilə aidiyyatı qurumlarla birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilib və müvafiq tədbirlər proqramı hazırlanıb. Bu proqram çərçivəsində əhalinin maliyyə savadlılığının artırılması məqsədilə seminar və təlimlər təşkil edilib.

Belə ki, oktyabr ayında Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim və tələbə heyəti üçün təlimlər keçirilib. Təlimlərin 5 oktyabr tarixində baş tutan birinci mərhələsində dinləyicilərə maliyyə savadlılığının əhəmiyyəti, nağdsız ödənişlərin üstünlükləri, rasional istehlakçı davranışı, istehlak büdcəsinin formalaşdırılması və şəxsi vəsaitlərin idarəçiliyi mövzusunda təqdimatlar keçirilib.

17-25 oktyabr tarixlərini əhatə edən ikinci mərhələdə isə ölkədə uğurla həyata keçirilən makroiqtisadi islahatlar, pul-məzənnə və vergi siyasəti, nağdsız ödənişlərin artırılması, nağd pul dövriyyəsinin idarə olunması, tədiyə balansı və bank sektoru adlı mövzularda çıxışlar edilib, müəllim-tələbə heyətinin çoxsaylı sualları cavablandırılıb.

Daha sonra dinləyicilərə “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər haqqında məlumat verilib və tələbələrin bu təlimlərdə iştirakı təşviq edilib.

Təlimlər zamanı tərəfdaş kimi Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları da cəlb edilibr. Növbəti təlim “Beynəlxalq Əmanət Günü” çərçivəsində 31 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Aqrar Unveristetinin müəllim-tələbə heyəti üçün keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti