...

Səlim Müslümov: Xüsusi komissiya pensiyaçıların hər birinin işinə baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2017 13:52 (UTC +04:00)
Yaxın zamanlarda Azərbaycanda pensiya xərclərinin hesablanması üçün xüsusi hökumət komissiyası yaradılacaq
Səlim Müslümov: Xüsusi komissiya pensiyaçıların hər birinin işinə baxacaq

Bakı. Azad Həsənli - Trend:

Yaxın zamanlarda Azərbaycanda pensiya xərclərinin hesablanması üçün xüsusi hökumət komissiyası yaradılacaq.

Trend-in məlumatına görə, bunu 2018-ci il dövlət və icmal büdcənin layihəsinin müzakirələrinin ikinci günündə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir xatırladıb ki, Əmək məcəlləsinə edilən dəyişikliklərdən sonra Dövlət Sosial Müdafiə Fonduna transferlər anlayışı aradan qalxdı. Bunun əvəzində “dövlət büdcəsinin öhdəlikləri” anlayışı daxil edildi: “Pensiyaçıların dəqiq bölgüsü yarandı. Yəni, 1992-ci ilə qədər yaranmış pensiya öhdəlikləri indi dövlət büdcəsinin öhdəlikləri hesab olunur. Altı ay ərzində xüsusi hökumət komissiyası 1,3 milyon pensiyaçının hər birinin işinə baxacaq ki, onların stajlarını müəyyən etsin”.

O əlavə edib ki, dövlət qulluqçularına və hərbçilər üçün nəzərdə tutulmuş artımdan başqa, hökumət hər ay pensiyaların ödənişi üçün 228 milyon manat ayıracaq.

S.Müslümov onu da qeyd edib ki, dəyişikliklər pensiyaların indeksləşməsinə də təsir göstərəcək: “Fərq ondadır ki, əvvəl pensiya baza və sığorta hissəsinə bölünürdüsə, indi o anlayışlar yoxdur və 2018-ci ildə indeksləşmə pensiyanın bütün həcmini əhatə edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti