Bakı. Ənvər Məmmədov - Trend:
Bakının Hövsan qəsəbəsində ikinci güzəştli mənzil kompleksinin tikintisinə ilin sonunadək başlana bilər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib.
O qeyd edib ki, layihə-smeta sənədləri artıq hazırdır: "Yaxın günlərdə işlərə başlanılacaq".
Xatırladaq ki, sosial mənzillərin tikintisi üçün Hövsanda 20 hektar ərazi ayrılıb. Ümumilikdə 3 min mənzil inşası gözlənilir.