Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan keçirilən tvininq layihələrin sayına görə Avropa İttifaqı (Aİ) “Şərq tərəfdaşlığı” ölkələri arasında liderdir.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi” tvininq layihəsinin açılış mərasimində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Onun sözlərinə görə, indiyədək Azərbaycanda 46 tvininq layihə reallaşdırılıb.
K.Yankauskas qeyd edib ki, hazırda ölkədə 13 tvininq layihə reallaşdırılır, daha 8-i hazırlıq səviyyəsindədir.