...

Dövlət Agentliyi Bakıda güzəştli mənzil kompleksində ticarət mərkəzinin tikintisi üçün investor axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2017 16:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaxın günlərdə Bakının Yasamal rayonunda güzəştli mənzil kompleksində ticarət mərkəzinin tikintisi üçün investisiya cəlb etməyi planlaşdırır
Dövlət Agentliyi Bakıda güzəştli mənzil kompleksində ticarət mərkəzinin tikintisi üçün investor axtarır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaxın günlərdə Bakının Yasamal rayonunda güzəştli mənzil kompleksində ticarət mərkəzinin tikintisi üçün investisiya cəlb etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu agentliyin direktoru Samir Nuriyev “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

S.Nuriyevin sözlərinə görə, investisiyaların həcmi 6-7 milyon manat təşkil edəcək. Bununla da Yasamalda mənzil kompleksinin tikintisinə cəlb edilən investisiyanın ümumi həcmi 18 milyon manata bərabər olacaq: “Biz daha əvvəl 11 milyon manat investisiya cəlb etmişdik. Bu məbləğ həm binaların tikintisinə, həm də informasiya-kommunikasiya xətlərinin çəkilişinə sərf ediləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti