...

Tələbələr üçün kapital bazarları vasitəsilə maliyyələşmə mövzusunda təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2017 16:16 (UTC +04:00)
Xəzər Universitetinin tələbələri üçün "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim keçirilib.
Tələbələr üçün kapital bazarları vasitəsilə maliyyələşmə mövzusunda təlim keçirilib

Bakı. Trend:

Tələbələr üçün kapital bazarları vasitəsilə maliyyələşmə mövzusunda təlim keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Palatanın 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Xəzər Universitetinin tələbələri üçün "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim keçirilib.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat ilə çıxış edən mütəxəssislər seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

İnteraktivlik və diskussiyalarla zəngin olan tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti