...

"Şuşa" tankeri təmir olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2017 16:28 (UTC +04:00)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Nəqliyyat Donanmasına məxsus “Şuşa” tankeri təmir olunub.
"Şuşa" tankeri təmir olunub (FOTO)

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Nəqliyyat Donanmasına məxsus “Şuşa” tankeri təmir olunub.

QSC-dən Trend-ə verilən məlumata görə, tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları əsaslı təmir olunub.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Gövdə hissəsində lazımi gövdə-qaynaq işləri aparılıb.

Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasoslar da təmir olunub.

“Şuşa” tankerinin uzunluğu 149.9, eni 17.3 metr, maksimal sürəti isə 12 uzeldir.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni tankerlər hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti