...

Hindistan yanvarda Azərbaycandan keçməklə Rusiyaya yüklərin daşınmasına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2017 12:42 (UTC +04:00)
Hindistan 2018-ci ilin yanvarından İran və Azərbaycandan keçməklə Rusiyaya konteyner yüklərin daşınmasına başlayacaq
Hindistan yanvarda Azərbaycandan keçməklə Rusiyaya yüklərin daşınmasına başlayacaq

Bakı. Trend:

Hindistan 2018-ci ilin yanvarından İran və Azərbaycandan keçməklə Rusiyaya konteyner yüklərin daşınmasına başlayacaq.

Trend-in məlumatına görə, bunu Hindistanın Aksiz və Gömrük Mərkəzi Şurasının komissarı Sandip Kumar deyib.

Onun sözlərinə görə, yük daşınması Hindistanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaqla baş verəcək.

S.Kumar qeyd edib ki, bu yüklərin daşınma müddətini indiki 35 gündən 17 günədək azaldacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti