...

Azərbaycan yük daşımaları üçün Yaponiyaya ikinci aviareys açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2017 20:15 (UTC +04:00)
"Silk Way West Airlines" aviaşirkəti Bakıdan Kansay Beynəlxalq Hava Limanına (Osaka şəhərinin yaxınlığında) yük daşımaları üçün birbaşa reys açıb.
Azərbaycan yük daşımaları üçün Yaponiyaya ikinci aviareys açdı

Bakı. Azad Həsənli - Trend:

"Silk Way West Airlines" aviaşirkəti Bakıdan Kansay Beynəlxalq Hava Limanına (Osaka şəhərinin yaxınlığında) yük daşımaları üçün birbaşa reys açıb.

Trend-in məlumatına görə, reyslər hər cümə günü Boeing 747-400 və Boeing 747-8F vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, Bakı və Yaponiya arasında yük aviareysləri 2016-cı ildən açılıb. "Silk Way West Airlines" şirkəti Komatsu şəhərinə uçuşlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti