...

Azərbaycanla Ukrayna sərnişin və yük vaqonlarının istehsalı üzrə birgə müəssisə yarada bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2017 15:06 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə Ukraynanın tanınmış Kryukov vaqonqayırma zavodunun rəhbərliyi arasında görüş keçirilib.
Azərbaycanla Ukrayna sərnişin və yük vaqonlarının istehsalı üzrə birgə müəssisə yarada bilər

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə Ukraynanın tanınmış Kryukov vaqonqayırma zavodunun rəhbərliyi arasında görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə zavodun direktor müavini İqor Manaenkov bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında aktiv iştirak edir. Bir sıra beynəlxalq layihələrin iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətinin işə düşməsi ilə Azərbaycan Avropa ilə Asiya arasında geniş bir dəhliz açmış oldu. Bu baxımdan Azərbaycanda yeni sərnişin və yük vaqonlarının istehsalına zərurət yaranıb.

A.Xudiyev öz növbəsində bildirib ki, Ukrayna Azərbaycan üçün əlverişli tərəfdaşdır. Səfir birgə müəssisənin yaradılması üçün Ukrayna tərəfinin təkliflər paketinin hazırlamasının vacibliyini vurğulayıb və qeyd edib ki, Azərbaycan tərəfi təklifləri nəzərdən keçirtdikdən sonra Ukraynadan işçi qrupu ölkəmizə səfər edə bilər.

Qeyd edək ki, Kryukov vaqonqayırma zavodu bir neçə növdə yük və sərnişin vaqonları istehsal edir və bu məhsullar bir çox ölkələrə ixrac olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti