...

Bitkoinin məzənnəsi kəskin azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2017 09:35 (UTC +04:00)
"Bitcoin Cash" alternativ kriptovalyutası da 30 faiz - 2536 dollaradək azalıb.
Bitkoinin məzənnəsi kəskin azalıb

Bakı. Trend:

Hazırda dünyada ən populyar kriptovalyuta olan bitkoinin məzənnəsi sutka ərzində 18 faiz - 13 030 dollaradək azalıb.

Trend-in məlumatına görə, ötən bazar bitkoinin məzənnəsi 20 min dollara çatmışdı. Belə olan halda, rekord göstəricisi ilə müqayisədə bitkoinin məzənnəsi 30 faiz ucuzlaşıb.

"Bitcoin Cash" alternativ kriptovalyutası da 30 faiz - 2536 dollaradək azalıb.

Ekspertlər məzənnəyə bu kriptovalyutanın gələcəyi ilə bağlı neqativ proqnozların təsir etdiyi qənaətindədirlər. Belə ki, "Bitcoin.com" şirkətinin həmtəsisçisi Emil Oldenburq bəyan edib ki, bitkoinin ticari valyuta kimi perspektivi yoxdur. Bitkoinin leqallaşdırıldığı azsaylı ölkələrdən biri olan Yaponiyanın maliyyə naziri isə bu kriptovalyutanın etibarlı aktiv olmadığını hesab edir.

"CoinMarketCap"ın hesabatına əsasən, kriptovalyuta bazarının kapitallaşması hazırda 589,472 milyard dollar təşkil edir. Bitkoinin payı isə burada təxminən 48,3%-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti