...

"Unibank" biznes sahiblərinə növbəti kredit məhsulunu təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2017 19:59 (UTC +04:00)
Unibank biznes müştəriləri üçün dövriyyə həcminə görə overdaft kreditindən sonra daha bir imkan yaradır.
"Unibank" biznes sahiblərinə növbəti kredit məhsulunu təqdim edir

Bakı. Trend:

Unibank biznes müştəriləri üçün dövriyyə həcminə görə overdaft kreditindən sonra daha bir imkan yaradır.

Bankdan Trend-ə verilən məlumata görə, geniş POS terminal şəbəkəsinə malik Unibank, partnyorluq etdiyi biznes sahiblərinə yeni kredit məhsulunu təqdim edir. Sahibkarlar POS terminallardan keçirilən dövriyyəyə əsasən, təminatsız olaraq qısa müddətə 100.000 manatadək kredit götürə biləcək. Kreditin məbləği biznes sahibinin Unibank POS terminallarında keçirilən dövriyyəsinə görə hesablanacaq. Kreditin ödənişi üçün müştərinin əlavə vaxt itirərək banka gəlməsinə, növbə gözləməsinə də ehtiyac olmayacaq. POS terminalın gündəlik dövriyyəsindəki vəsaitin müəyyən hissəsi avtomatik olaraq kredit ödənişinə yönləndiriləcək. Kredit ödənişinə yönləndirilən məbləği isə sahibkar özü təyin edə biləcək.

Ekvayrinq kreditinin üstünlükləri:

Kreditin rahat və qısa müddət ərzində (1 gün ərzində) alınması;
Girov və təminat tələbinin olmaması;
Müştərinin POS terminal dövriyyəsi artdıqca kredit limitinin artırılması;
Kredit ödənişinin avtomatik olması, yəni məbləğin müştərinin POS terminaldan keçən dövriyyəsindən tutulması.

Qeyd edək ki, artıq biznes sahibləri istədikləri vaxt, banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilirlər (https://onlineservices.unibank.az/AccountOrder/index.html).

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti