...

Cavid Qurbanov Azərbaycanda dəmir yolunun inkişafında yeni eradan danışıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2017 15:07 (UTC +04:00)
Azərbaycan nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir.
Cavid Qurbanov Azərbaycanda dəmir yolunun inkişafında yeni eradan danışıb

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, bu dəmiryolu sisteminin inkişafı ilə bağlı nəhəng işlər böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olub: “Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir”.

Onun sözlərinə görə, son illər bu qurumun tarixində yeni era başlayıb.

QSC sədri həmçinin, ölkədə reallaşdırılmış və hazırda həyata keçirilən iri nəqliyyat layihələrini qeyd edib.

C.Qurbanov vurğulayıb ki, oktyabrın 30-da açılışı olmuş Bakı-Tbilisi-Qars yeni dəmir yolu təkcə üç ölkə arasında deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq: “Artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən qatar Türkiyənin Mersin limanına çatıb və artıq həmin yolla geri göndərilib. Türkiyənin Mersin limanında həmin blok qatar yüklənərək, Qazaxıstana yola salınıb. Qazaxıstandan ikinci yük qatarı da yola düşüb”.

C.Qurbanov məqalədə həmçinin, “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutu layihəsinin reallaşdırılmasını da qeyd edib. O, bu marşrutun yaradılmasını tarixi hadisə adlandırıb: ““Şimal-Cənub” marşrutu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti