...

İqtisadiyyat Nazirliyində yeni təyinat

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2018 17:51 (UTC +04:00)
Ayaz Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyi Aparatının sədri təyin olunub
İqtisadiyyat Nazirliyində yeni təyinat

Bakı. Azad Həsənli - Trend:

Ayaz Əliyev İqtisadiyyat Nazirliyi Aparatının sədri təyin olunub.

Trend-in məlumatına görə, A.Əliyev daha əvvəl aparat sədrinin müavini vəzifəsində işləyib.

A.Əliyevin dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi var. Prezidentin sərəncamı ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif olunub.

Hazırda İqtisadiyyat Nazirliyinin aparat rəhbərliyi iki nəfərdən ibarətdir: Ayaz Əliyev sədr, Orxan Novruzov sədr müavini vəzifəsini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti