...

Mərkəzi Bankın elektron imza sertifikatları bank sektorunda uğurla tətbiq edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2018 19:09 (UTC +04:00)
Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin elektron imza sertifikatları bank sektorunda uğurla tətbiq edilir.
Mərkəzi Bankın elektron imza sertifikatları bank sektorunda uğurla tətbiq edilir

Bakı. Trend:

Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin elektron imza sertifikatları bank sektorunda uğurla tətbiq edilir.

Bankdan Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”inin prioritetlərindən biri olan “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində Mərkəzi Bank tərəfindən kompleks tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.

Məlumat mübadiləsi zamanı yüksək informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda yaradılmış və 2014-cü ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditasiya edilmiş Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron imza alətlərinin yalnız Mərkəzi Bankın operatoru olduğu informasiya resurslarına, ödəniş və hesablaşmalar sistemlərinə deyil, həmçinin kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslər üçün təklif olunan elekton bankçılıq və “müştəri-bank” xidmətlərində tətbiqinə başlanılıb.

Bu hədəfin realizasiyası çərçivəsində BSXM tərəfindən göstərilən elektron xidmətlərə kredit təşkilatlarının qoşulması, müvafiq səlahiyyət və öhdəliklərin müəyyən edilməsi məqsədilə kollektiv saziş hazırlanmış və kommersiya banklarının ardıcıl olaraq sazişə qoşulmaları təmin edilməkdədir. Cari ildə hesablaşmaların, standart və təcili ödənişlərin, vergi və ya digər büdcə ödənişlərinin, o cümlədən valyuta mübadiləsi xidmətlərinin daha effektiv təşkili məqsədilə PAŞA Bank tərəfindən həyata keçirilən “Business-to-business” layihəsi çərçivəsində məlumat mübadiləsinin təhlükəsizliyi BSXM-in elektron imza sertifikatları vasitəsilə təmin edilib və banka təqdim olunan bütün ödəniş tapşırıqlarının müştəri tərəfindən elektron imza ilə təsdiq edilərək avtomatlaşdırılmış qaydada göndərilməsinə başlanılıb.

Bank sektorunda müasir informasiya texnologiya infrastrukturunun yaradılması və rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin Mərkəzi Bank tərəfindən realizasiyası davam etdirilir və yaxın zamanlarda digər bankların da öz müştəriləri ilə münasibətlərdə BSXM-in xidmətlərindən istifadəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti