...

"AccessBank" kredit kampaniyasının müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2018 14:49 (UTC +04:00)
"AccessBank" "Üçü var idi, üçü yox idi" kredit kampaniyasının müddətini yanvarın 31-dək uzadıb.
"AccessBank" kredit kampaniyasının müddətini uzadıb

Bakı. Trend:

"Üçü var idi, üçü yox idi…" Nağıl kimi səslənə bilər, lakin nağıl deyil. Müştərilərin istəyini nəzərə alaraq, "AccessBank" "Üçü var idi, üçü yox idi" kredit kampaniyasının müddətini yanvarın 31-dək uzadıb.

Bankdan Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində bankdan mikro, aqro və istehlak krediti götürən müştərilərə aylıq ödənişlərdə istənilən 3 ay GÜZƏŞT MÜDDƏTİ verilir və son 3 ayın faizləri HƏDİYYƏ edilir! Başqa sözlə, 3 ay güzəşt müddəti var, 3 ay faiz ödənilməsi yoxdur!

Belə ki, yanvarın 31-dək "AccessBank"dan kredit götürənlər ödəniş aylarından istənilən 3 ayı güzəşt müddəti kimi seçib, həmin aylar üzrə əsas borc məbləği ödənişindən azad olunacaq və ödənişi növbəti aylarda həyata keçirəcək. Bununla yanaşı, kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin son 3 ayının faizləri hədiyyə edilir. Kampaniyadan yararlanan müştərilər sərfəli şərtlərlə, müddəti minimum 15 ay olmaqla, 50 000 manatadək mikro və aqro, eləcə də 20 000 manatadək nağd kreditlər əldə edə biləcək. Kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən başlayır.

Bu, hədiyyə ilə başlayıb, hədiyyə ilə bitən azsaylı nağıllardandır!

Ətraflı məlumatı bankın saytından, Facebook və Twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti