...

40 tonluq kran gəmisi əsaslı təmir olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2018 16:44 (UTC +04:00)
40 tonluq kran gəmisi əsaslı təmir olunub.
40 tonluq kran gəmisi əsaslı təmir olunub (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atamoğlan Kərimov” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib.

QSC-dən Trend-ə verilən məlumata görə, təmir müddətində gəminin sualtı və suüstü hissələri təmizlənərək yenidən rənglənib, onun gövdəsi, mexanizmləri, o cümlədən kran qurğuları yüksək səviyyədə təmir olunub, heyətin iş və məişət şəraiti müasir tələblərə uyğun təmin edilib.

Gəminin baş və köməkçi mühərrikləri də əsaslı surətdə təmir edilib. O cümlədən, nasoslar, seperatorlar, boru sistemləri və s. yüksək keyfiyyətlə sazlanıb.

Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçirilib. Bütün sınaqlar uğurla başa çatıb.

Qeyd edək ki, “Atamoğlan Kərimov” kran gəmisinin uzunluğu 63,8, eni 15 metrdir. Gəmi 1520 at gücündə mühərriklə təchiz olunub və surəti 11,24 uzeldir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kran gəmiləri dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının təminatında əhəmiyyətli rol oynayırlar. Bu tip gəmilərə daim tələbat olduğundan, onların texniki vəziyyətinə hər zaman xüsusi diqqət yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti