...

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2018 09:50 (UTC +04:00)
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Dünya valyuta birjalarında avronun qiyməti 1.25 ABŞ dollarından aşağı ticarət edilir və təhlillərə əsasən, qiymət bu səviyyənin altında qaldıqca 1.23 $-a kimi də ucuzlaşa bilər.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu həftə EUR/USD məzənnəsinə güclü təsir edə biləcək iqtisadi göstəricilərin az olmasına baxmayaraq, ticarət aktivliyinin daha da güclənəcəyi proqnozlaşdırılır.

GBP

GBP/USD qiymətinin də 1.42$-ın altında ticarət edilməsi 1.39$-a kimi ucuzlaşa biləcəyi proqnozlarını gücləndirir.

Bu həftənin cümə axşamı və cümə günləri müvafiq olaraq saat 16:00-da dərc ediləcək İngiltərə Mərkəzi Bankının faiz qərarı və saat 13:30-da açıqlanacaq sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

TRY

Türkiyə bazarlarında isə USD/TRY qiyməti 3.77TL-nin üzərində ticarət edilir və üzərində qaldıqca, 3.81TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır. Dünya maliyyə bazarlarınd dolların qiymətində müşahidə edilən 1%-lik bahalaşma, lirənin də ucuzlaşmasına təsir edib.

OIL

Dünya birjalarında dolların qismən bahalaşması, enerji bazarlarında da neft qiymətlərinin korreksiyasına səbəb olub. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 68$-a kimi ucuzlaşıb və korreksiyası 66$-a kimi də davam edə bilər.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın net ehtiyatları ilə bağlı statistik göstəricilər də böyük maraqla gözlənilməkdədir.

GOLD

Əlvan metallar bazarlarında isə qızılın qiymətləri 1330$-a kimi 1.8% ucuzlaşıb. Burada təhlillər onu göstərir ki, qızılın bir unsiya üzrə qiyməti 1331$-ın (42.7 $/qram) altında qalarsa, eniş dalğası 1319$-a (42.3 $/qram) kimi də güclənə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“InvestAZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi:

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “InvestAZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti