...

“Ofisait” və “OYAL”dan yeni selfi müsabiqəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2018 18:49 (UTC +04:00)
“Ofisait” və “OYAL” brendi bu gündən başlayaraq “Selfi çəkdir, Hədiyyə qazan!” adlı yeni müsabiqəyə start verib.
“Ofisait” və “OYAL”dan yeni selfi müsabiqəsi

Bakı. Trend:

“Ofisait” və “OYAL” brendi bu gündən başlayaraq “Selfi çəkdir, Hədiyyə qazan!” adlı yeni müsabiqəyə start verib.

Şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqənin şərtləri çox sadədir. Belə ki, iştirakçılar sadəcə “Ofisait” mağazalarının qarşısında selfi çəkdirərək öz "facebook" və "instaqram" profillərində paylaşacaqlar. Qaliblər xüsusi proqram vasitəsi ilə təsadüfi yolla seçiləcək və müsabiqənin nəticəsi olaraq 3 qalib müəyyən ediləcək.

Qaliblərə “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Frauzen”, “Hansbur”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərdən hədiyyələr təqdim olunacaq.

Müsabiqə 19.02.2018-ci il tarixinədək davam edəcək. Qaliblərin siyahısı fevral ayının 20-də “Ofisait”in rəsmi "facebook" səhifəsi üzrərindən elan ediləcək.

Qeyd edək ki, müsabiqədə “Ofisait” və “OYAL”brendinin əməkdaşları iştirak edə bilməz.

İştirakçılar müsabiqə ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 43 10 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilib.

Müştərilər “Ofisait” mağazalarından “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Frauzen”, “Hansbur”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərin dəftərxana, ofis və məktəb ləvazimatlarını, həmçinin mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitablar və digrər məhsulları əldə edə bilərlər.

Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti