...

Meksika Azərbaycanla ticarət dövriyyəsini üç dəfə artırmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2018 14:23 (UTC +04:00)
2018-ci ildə Meksika Azərbaycanla olan ticarət dövriyyəsini 25 milyon dollara çatdırmağı planlaşdırır.
Meksika Azərbaycanla ticarət dövriyyəsini üç dəfə artırmaq istəyir

Bakı. İlkin Şəfiyev - Trend:

2018-ci ildə Meksika Azərbaycanla olan ticarət dövriyyəsini 25 milyon dollara çatdırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Meksikanın Ticarət Nümayəndəliyinin üzvlərinin Bakıya səfəri çərçivəsində baş tutan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Səfirin sözlərinə görə, 2015-2017-ci illər ərzində iki ölkə arasında ticarət dövriyyəsi 9,6 milyard dollar olub. Halbuki, 1993-2014-ci illər ərzində bu rəqəm 1, 2 milyon dollar təşkil edirdi.

Diplomat qeyd edib ki, Meksika malları Azərbaycana üçüncü ölkə vasitəsilə çatdırılır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19,3 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti