Bakı. Trend:
Çıraq Plazada “BSC” MMC tərəfindən maraqlı bir seminar təşkil olunub.
“BSC”dən Trend-ə verilən məlumata görə, seminar “Müasir əmək qanunvericiliyində işəgötürənlərin hüquqları” mövzusuna həsr olunub.
Tədbiri “BSC”MMC-nin İnsan Resursları Departamentin rəhbəri aparıb. Seminarda 30-dan çox müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin rəhbərləri, insan resursları üzrə mütəxəssisləri və mühasibləri iştirak ediblər.
Seminarın mövzusu iştirakçılar arasında böyük bir maraq doğurub. Nəyə görə məhz işəgötürənlərin hüquqları? Bildiyimiz kimi müasir əmək qanunvericiliyinin əsas prinsiplərindən biri işçi və işəgötürənlərin hüquq bərabərliyinin qorunmasıdır. Lakin Əmək Məcəlləsinin prototipi keçmiş sovet məcəlləsi olduğundan və o zamanlar işçilərin hüquqlarının pozulması barədə şüarlar üstünlük təşkil etdiyindən, müasir biznes qanunları mövcud olmadığından hazırki əmək qanunvericiliyində işəgötürənlərin hüquqlarının yazılmasına baxmayaraq, onların müdafiəsinin təminatı çətinliklərlə üzləşir.
Bu səbəbdən də müasir dövrdə biznes proseslərinin idarə edilməsi ilə əmək qanunvericiliyi arasında bir cox boşluqlar yaranır. BSC şirkəti öz 20 illik təcrübəsinə əsaslanaraq bu mövzuya müraciət etməyinin əsas səbəbi işəgötürənlərə onların hüquq, vəzifə və məsuliyyətini dərindən izah etməklə qurduqları bizneslərini müəyyən risklərdən qorumaqdır.
Mövzu cox geniş bir mövzu idi. Lakin seminara ayrılmış 5 saat çox maraqlı və interaktiv keçdi.
Seminarda işçinin işə qəbulunundan başlayaraq işdən azad olunanadək işəgötürənlərlə işçi arasında olan münasibətlərin təhlili, problemlərdən cıxış yolları və sənədləşmənin hüquqi nöqteyi-nəzərdən düzgün aparılması barədə geniş məlumat verilib. Seminarın daha maraqlı keçirilməsi üçün işçi ilə işəgötürənin münasibətləri tək hüquqi deyil, psixoloji və idarəetmə nöqteyi nəzərdən də çox maraqlı bir tərzdə təqdim edilərək, müzakirə olunub. Belə ki, BSC-nin işçiləri tərəfindən dublyaj olunmuş məhşur filmlərdən fraqmentlər nümayiş olunub. Seminar iştirakçıları qaldırılan məslələr ilə bağlı onları narahat edən suallar ilə maraqlı polemika yaradıblar.
“BSC”nin professional komandasının səyi nəticəsində tədbirin maraqlı keçməsi, şirkətin rəhbərliyində bu səpkidə seminarların mütəmadi olaraq keçirilməsi fikrini qətiləşdirib.