...

Nazir: Tacikistan alüminium istehsalında Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2018 16:10 (UTC +04:00)
Tacikistan alüminium istehsalı və ixracı sahəsində Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır
Nazir: Tacikistan alüminium istehsalında Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Tacikistan alüminium istehsalı və ixracı sahəsində Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır.

Trend-in məlumatına görə, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Hikmatullozoda deyib.

Nazirin sözlərinə görə, Tacikistan xüsusilə alüminiumun ixracında Azərbaycanın tranzit potensialının istifadə olunmasında maraqlıdır:

“Tacikistan 2019-cu ildə alüminium istehsalını 245,5 min tona çatdırmaq niyyətindədir. Bu ilin ilk yarısında 99,5 milyon dollar dəyərində 46,7 min ton alüminium istehsal olunub. Biz Tacikistan alüminiumunun Azərbaycan ərazisindən tranziti və Azərbaycandan Türkmənistana gil-torpaq tədarükü həcmlərini artırmaq istəyirik”.

Nazir əlavə edib ki, bu gün Tacikistanın Alüminium Korporasiyası ilə SOCAR arasında Azərbaycandan neft koksunun idxalı barədə razılaşma əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti