...

Mərkəzi Bankın valyuta ehtiyatları 8 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2018 17:55 (UTC +04:00)
Valyuta ehtiyatları ötən ilin analoji dövrü ilə müqayisədə 402,3 milyon dollar artaraq, 5 503,5 milyon dollar təşkil edib.
Mərkəzi Bankın valyuta ehtiyatları 8 faizə yaxın artıb

Bakı. Azad Həsənli - Trend:

2018-ci ilin iyul ayının sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları ötən ilin analoji dövrü ilə müqayisədə 402,3 milyon dollar (7.9 faiz) artaraq, 5 503,5 milyon dollar təşkil edib.

Bu barədə Trend AMB-nin rəsmi saytına istinadən məlumat verir.

İyul ayında Mərkəzi Bankın valyuta ehtiyatları 43,3 milyon dollar, ilin əvvəlində isə 168,9 milyon dollar azalıb.

Ötən il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 1,36 milyard dollar (34,2 faiz) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti