...

Baş katib: Azərbaycan Ümumdünya Gömrük Təşkilatının üzv ölkələri üçün nümunədir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2019 12:31 (UTC +04:00)
Azərbaycanın gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının digər üzv ölkələri üçün nümunədir
Baş katib: Azərbaycan Ümumdünya Gömrük Təşkilatının üzv ölkələri üçün nümunədir (FOTO)

Bakı. Taleh Mursaqulov - Trend:

Azərbaycanın gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının digər üzv ölkələri üçün nümunədir.

Trend-in məlumatına görə, təşkilatın Baş katibi Kunio Mikuriya Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın gömrük qurumu, 27 yaşı olmasına baxmayaraq böyük uğurlara imza atıb:

“Azərbaycan vacib tranzit ölkəsidir və biz Azərbaycanın bu sahədə atdığı addımları izləyirik və dəstəkləyirik”.

Öz növbəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Azərbaycan regionda ilk olaraq beynəlxalq daşımalar haqqında elektron məlumatların ötürülməsi layihəsinə qoşulub və bu sahədə pilot layihəni başa çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti