...

Türkiyəli podratçılar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikintidə iştirak etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2020 09:30 (UTC +04:00)
Türkiyəli podratçılar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikintidə iştirak etmək niyyətindədir

Bakı. Trend:

Türkiyəli podratçılar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikinti işlərində iştirak etməyə hazırdır.

Bunu Trend-ə Türkiyənin Ticarət-Sənaye Palatasından bildiriblər.

Qeyd olunub ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi regionun iqtisadi dirçəlişinə təkan verəcək:

"Cənubi Qafqazda ən əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsi idi. Bu münaqişə regionun iqtisadi dirçəlişi üçün maneə idi. Şübhəsiz ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərdə həyatın və bütün regionun dirçəlməsi üçün lazımi şəraiti yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti