...

Biznes biliklərinizi təlimlərdə iştirak etməklə artırın

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2021 11:28 (UTC +04:00)
Biznes biliklərinizi təlimlərdə iştirak etməklə artırın

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərini, startapları və biznesə başlamaq istəyən şəxsləri iyun ayında keçiriləcək ödənişsiz təlimlərdə fəal iştiraka dəvət edir.

KOBİA-dan Trend-ə verilən məlumata görə, peşəkar təlimçi-ekspertlər tərəfindən keçirilən təlimlər biznes fəaliyyəti ilə bağlı zəruri mövzuları əhatə etməklə, yerində və onlayn formatda təşkil olunur.

Sahibkarlar və biznesə başlamaq istəyənlər ehtiyacları olan təlimlər üçün KOBİA-nın Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində yerləşən KOB inkişaf mərkəzlərinə (KOBİM) müraciət edə bilərlər.

İyun ayında keçiriləcək təlimlər barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən (https://bit.ly/3yekQAW) və ya KOBİM-lərin vahid internet saytından - www.kobim.az əldə etmək olar.

Qeyd edək ki, may ayında KOBİM-lər tərəfindən minə yaxın sahibkarlıq subyektinin və biznesə başlamaq istəyən şəxslərin iştirakı ilə 100-dən çox təlim keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti