...

Bu il Azərbaycandan Türkiyəyə ixracat 1,5 milyard dolları keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2021 19:53 (UTC +04:00)
Bu il Azərbaycandan Türkiyəyə ixracat 1,5 milyard dolları keçib

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 1,54 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır.

Trend-in məlumatına görə, Türkiyənin bu dövrdə Azərbaycanın ümumi ixracatında payı 13,51 % təşkil edib. 2020-ci ilin yanvar-iyul aylarında isə həmin rəqəm 18,72 % olub.

Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulların dəyəri isə 962,355 milyon dollar təşkil edib və bu ölkənin Azərbaycanın ümumi idxalındakı payı bir il ərzində 0,56 faiz artaraq 15,28 faizə çatıb.

Twitter: @jafarov_zeyni

Məqalədə:
Xəbər lenti

Xəbər lenti