...

Azərbaycanın Rusiyaya ixracı ilin əvvəlindən artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2021 23:21 (UTC +04:00)
Azərbaycanın Rusiyaya ixracı ilin əvvəlindən artıb

Bakı. Zeyni Cəfərov -Trend:

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya ixracı 486,55 milyon dolları keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Bu barədə Trend Azərbaycan Dövlət Gömrük Komitəsinin statistika bülleteninə istinadən xəbər verir.

Azərbaycanın ümumi ixracında Rusiyanın payı yeddi ayda 4.27 faiz təşkil edib.

Bu dövrdə Rusiyanın Azərbaycandan idxalı 1,063 milyard dollara çatıb, Rusiya Federasiyasının Azərbaycana ixracındakı payı isə 1,48 faiz azalaraq 16,88 faizə düşüb.

Azərbaycan ilə Rusiya arasında 2021-ci ilin ilk yeddi ayında xarici ticarət dövriyyəsi 1,55 milyard dollar olub, ticarət balansı isə mənfi olaraq qalıb - 576,4 milyon dollar.

Azərbaycanın 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17,69 milyard dolları keçib. Bunlardan 11,39 milyard dollar (64,4 faiz) ixracatın, 6,3 milyard dollar (35,6 faiz) isə idxalın payına düşüb.

Twitter: @jafarov_zeyni

Məqalədə:
Xəbər lenti

Xəbər lenti