...

Sənaye zonalarında iki minə yaxın iş yerinin açılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2021 12:04 (UTC +04:00)
Sənaye zonalarında iki minə yaxın iş yerinin açılması planlaşdırılır

Bakı. Xaqan İsayev - Trend:

Azərbaycanın sənaye zonalarında əlavə 1500-2000 nəfərlik iş yerlərinin açılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu bu gün Sumqayıt Kimya Sənaye Parkı və Qarabağda yaradılan sənaye zonalarında görülən işlərə dair brifinq zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri səlahiyyətlərini icra edən Elşad Nuriyev deyib.

O, qeyd edib ki, hazırda sənaye zonalarında 9500 nəfər işlə təmin olunub.

“Əlavə 1500-2000 nəfərlik iş yerlərinin açılması planlaşdırılır. Bu gün sənaye zonalarında Azərbaycanda əvvəllər istehsal olunmayan məhsulların istehsalı həyata keçirilir və bu istehsal olunan məhsullar nəinki daxili bazarda satılır, eyni zamanda xarici ölkələrə ixrac olunur. İxrac xəritəmiz çox genişdir. Həm qonşu ölkələrə - Türkiyə, Rusiya, Mərkəzi Asiya ölkələrinə, eyni zamanda Almaniya, Niderland, Polşaya, Ukraynaya, Braziliya, Kanada, ABŞ, Çinə ixrac həyata keçirilir”, - E.Nuriyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti