...

Sumqayıt Kimya Sənaye Parkında logistik mərkəzin açılması müzakirə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2021 12:12 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkında logistik mərkəzin açılması müzakirə olunur

Bakı. Xaqan İsayev - Trend:

Sumqayıt Kimya Sənaye Parkında logistik mərkəzin açılması müzakirə olunur.

Trend-in məlumatına görə, bunu bu gün Sumqayıt Kimya Sənaye Parkı və Qarabağda yaradılan sənaye zonalarında görülən işlərə dair brifinq zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri səlahiyyətlərini icra edən Elşad Nuriyev deyib.

“Bizə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərmək üçün yeni rezidentlər də müraciət edib. Bunlardan biri qablaşdırma məhsulları istehsalı müəssisəsi, digəri isə Avropanın aparıcı yük avtomobilləri istehsalı müəssisədir ki, burada yük avtomobillərinin yığımını həyata keçirməyi planlaşdırır. Eyni zamanda nəzərə alsaq ki, Sumqayıt Kimya Sənaye Parkı Şimal-Cənub dəhlizinin üzərində yerləşir, burada logistik mərkəzin açılması da müzakirə olunur və buna da çox ciddi maraq var”, - E.Nuriyev deyib.

Onun sözlərinə görə, həm mövcud, həm yeni, həm də müraciət edən rezidentlərin Sumqayıt Kimya Sənaye Parkına böyük marağı var.

“Bu da bizdə öhdəlik yaradır ki, həmin rezidentlər üçün infrastruktur imkanlarını genişləndirək və təkmilləşdirək. Burada birinci növbədə elektrik enerjisi təminatının davamlı olması məsələsidir”, - E.Nuriyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti