...

Sumqayıt Kimya Sənaye Parkında alternativ enerji mənbələrindən istifadə imkanları araşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2021 12:21 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkında alternativ enerji mənbələrindən istifadə imkanları araşdırılır

Bakı. Xaqan İsayev - Trend:

Sumqayıt Kimya Sənaye Parkında alternativ enerji mənbələrindən istifadə imkanları araşdırılır.

Trend-in məlumatına görə, bunu bu gün Sumqayıt Kimya Sənaye Parkı və Qarabağda yaradılan sənaye zonalarında görülən işlərə dair brifinq zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri səlahiyyətlərini icra edən Elşad Nuriyev deyib.

“Sözsüz ki, ənənəvi enerji təminatından istifadə olunur. Lakin biz alternativ enerji mənbələrindən istifadə olunması məsələlərinə də baxırıq. Bununla əlaqədar parkın ərazisində boş sahələr araşdırılır, layihə təhlil olunur. Bu məsələyə çox ciddi maraq göstərən şirkətlər var. Həm yerli, həm də xarici şirkələr Sumqayıt Kimya Sənaye Parkı ərazisində günəş panelləri quraşdırmaqla elektrik enerjisinin alınması layihələrini nəzərdən keçirirlər”, - E.Nuriyev deyib.

Onun sözlərinə görə, bundan başqa, burada fəaliyyət göstərən müəssisələrin əksəriyyəti kimya sənayesi yönümlüdür və burada texniki sudan istifadə məsələsi çox aktualdır.

“Bu məqsədlə biz alternativ su mənbələrinin təmin olunması və eyni zamanda su mənbələrinin utilizasiya olunması məsələlərinə də baxırıq. Xüsusi olaraq istifadə olunmuş suyun utilizasiyası və dəniz suyunun da təmizlənərək texniki su halında istifadə olunması məsələsi də nəzərimizdən keçirilir. Sadəcə olaraq bu layihələrin bir az bahalı olması baxımından hesab edirik ki, daha ətraflı təhlil olunması tələb olunacaq”, - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti