...

Sumqayıt Kimya Sənaye Parkının ixracı 110 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2021 12:59 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkının ixracı 110 faiz artıb

Bakı. Xaqan İsayev - Trend:

Sumqayıt Kimya Sənaye Parkının ixracı 110% artıb.

Trend-in məlumatına görə, bunu bu gün Sumqayıt Kimya Sənaye Parkı və Qarabağda yaradılan sənaye zonalarında görülən işlərə dair brifinq zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri səlahiyyətlərini icra edən Elşad Nuriyev deyib.

“Sumqayıt Kimya Sənaye Parkında əgər 2020-ci ildə 1,1 milyard manatlıq məhsul istehsal olunubsa, 2021-ci ilin ilk 9 ayı ərzində bu rəqəm 1,4 milyard manata çatıb. İxracda isə 110 faiz artım müşahidə olunur. Bu da o deməkdir ki, Sumqayıt Kimya Sənaye Parkında, ümumiyyətlə, sənaye zonalarında istehsal olunan məhsullara xaricdə tələbat artmaqda davam edir. Əgər 2020-ci ildə 240 milyon manatlıq məhsul ixrac olunmuşdusa, 2021-ci ilin 9 ayında bu 540 milyon manat təşkil edib”, - E.Nuriyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti