...

Azərbaycan, Gürcüstan və Türkiyə arasında beş sənəd imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2021 12:57 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə arasında beş sənəd imzalanıb (FOTO)

Bakı. Trend:

Dekabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin strukturları arasında beş memorandum və sazişin imzalanması mərasimi keçirilib.

Trend-in məlumatına görə, sənədlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) və Gürcüstan Ticarət-Sənaye Palatasının rəhbərləri, Azərbaycan Ticarət-Sənaye Palatasının və Gürcüstan Ticarət-Sənaye Palatasının rəhbərləri, eləcə də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi nümayəndələri, "AzŞəkər" və "Bayburt Qrup" nümayəndələri arasında imzalanıb.

Bundan başqa Azәrbaycan Respublikasının Kiçik vә Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vә Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumu 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti