...

Məhsullarımızın üçüncü ölkə bazarlarına rəqabətsiz ixrac mexanizmlərini yaratmalıyıq - AZPROMO

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2021 12:06 (UTC +04:00)
Məhsullarımızın üçüncü ölkə bazarlarına rəqabətsiz ixrac mexanizmlərini yaratmalıyıq - AZPROMO

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO​) hər zaman Azərbaycan və Özbəkistan arasında əməkdaşlığı dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bu gün Bakıda "Made in Uzbekistan" sərgisinin açılış mərasimində deyib.

"Biz məhsullarımızın üçüncü ölkələrin bazarlarına rəqabətsiz ixrac mexanizmlərini yaratmalıyıq. Azərbaycan neft və qazı ilə məşhurdur, amma biz qeyri-neft ixracının təşviqini vacib hesab edirik. Ötən ay biz türkdilli ölkələrin iqtisadiyyat nazirlərinin görüşündə iştirak etdik, ikitərəfli münasibətlərin inkişafı üzrə gələcək addımları və qarşıda duran məsələləri müzakirə etdik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti