...

KOB evlərində sahibkarların məlumatlandırılması tədbirləri genişləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2022 12:57 (UTC +04:00)
KOB evlərində sahibkarların məlumatlandırılması tədbirləri genişləndirilir

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentlik tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumatlandırılması üçün müxtəlif tədbirlər və sahəvi görüşlər təşkil edir, elektron xidmətlərdən, mobil tətbiqlərdən istifadə genişləndirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadə edən biznes subyektlərinin sayının artması nəzərə alınaraq, KOB evlərində əlavə məlumatlandırma vasitələrinin tətbiqinə başlanılıb. Belə ki, KOB evlərində dövlət dəstəyi mexanizmlərinə dair QR kodlar yerləşdirilib. KOB evlərinə müraciət edən sahibkarlar mobil telefonları vasitəsilə QR kodları oxutdurmaqla “Startap” şəhadətnaməsi, daxili bazar araşdırması, bazarlara çıxışa dəstək, KOB dostları, KOB inkişafı mərkəzləri, qrant müsabiqəsi və s. kimi dəstək və xidmətlər barədə ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara 11 801 xidmət göstərilib ki, bunun 11 268-i “G2B” və 533-ü isə “B2B” xidmətlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti