...

Azad edilmiş ərazilərində "yaşıl enerji" potensialı Aİ-Azərbaycan enerji dialoqu çərçivəsində yeni əməkdaşlıq istiqamətinə çevrilə bilər - Səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2022 19:40 (UTC +04:00)
Azad edilmiş ərazilərində "yaşıl enerji" potensialı Aİ-Azərbaycan enerji dialoqu çərçivəsində yeni əməkdaşlıq istiqamətinə çevrilə bilər - Səfir
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji potensialı Aİ-Azərbaycan enerji dialoqu çərçivəsində yeni əməkdaşlıq istiqamətinə çevrilə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə "Daily News Hungary" nəşrinə müsahibəsində deyib.

Səfir qeyd edib ki, Azərbaycan-Macarıstan birgə komissiyasının son iclasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto 2023-cü ilin sonundan etibarən Azərbaycan təbii qazının Cənubi Avropa vasitəsilə idxalı məsələsi ilə aparılan danışıqları vurğulayıb.

"Ukraynadakı vəziyyət Aİ-nin alternativ enerji tədarükü mənbələrinə və tədarük marşrutlarına ehtiyacının artmasına səbəb olub. Qeyd etmək lazımdır ki, Azərbaycan öz neft və qaz ehtiyatlarının ixracını siyasi alət hesab etmir, bu, daha çox kommersiya məsələsidir. Vacib məqam ondan ibarətdir ki, Avropa ölkələri təkcə yeni neft və qaz mənbələri axtarmır, eyni zamanda, bərpa olunan enerji mənbələrinə investisiya qoyurlar. Macarıstan nüvə enerjisinə investisiya qoymaqla təbii qazdan asılılığını azaltmağı düşünür”, - deyə T.Tağızadə bildirib.

Səfirin sözlərinə görə, ona görə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələri potensialı Aİ-Azərbaycan enerji dialoqu çərçivəsində, eləcə də Macarıstan və Azərbaycan arasında yeni əməkdaşlıq istiqamətinə çevrilə bilər.

"Eyni zamanda, Xəzər "REPowerEU" proqramının həyata keçirilməsində və təbii qaz tədarükünün gələcək şaxələndirilməsində mühüm rol oynaya bilər", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti