...

Azərbaycan və Türkmənistan hərtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir - Səfir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2022 17:05 (UTC +04:00)
Azərbaycan və Türkmənistan hərtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir - Səfir (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkmənistan hərtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, ölkələr bir çox sahələrdə, xüsusilə, nəqliyyat və energetika sahələrində əməkdaşlığı genişləndirir.

"Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının birgə kəşfiyyatı və işlənməsi barədə anlaşma memorandumu əməkdaşlığı yeni səviyyəyə çıxaran sənədlərdən biridir", - səfir deyib.

O əlavə edib ki, iki ölkə arasında əməkdaşlığın fəallaşması nəqliyyat sahəsində də müşahidə olunur. İki ölkə arasında prioritet hədəf birbaşa aviaəlaqənin qurulmasıdır ki, bu istiqamətdə yaxın zamanlarda konkret nəticələr olacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti