...

Özbəkistan, Türkiyə və Azərbaycan bir sıra sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2022 10:42 (UTC +04:00)
Özbəkistan, Türkiyə və Azərbaycan bir sıra sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan, Türkiyə və Azərbaycan investisiyalar, innovasiya, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov deyib.

Onun sözlərinə görə, üç ölkənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin avqustun 2-də nəzərdə tutulan görüşü zamanı tərəflər regionlararası əməkdaşlığın inkişafı məsələləri müzakirə edəcək.

"Bu, tamamilə yeni mexanizmdir. Danışıqlar üç ölkə rəhbərləri arasında əldə olunmuşa razılıqlara uyğun olaraq təşkil edilir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti